Sən qüdrətli Azərbaycan Ordusunun əsgərisən!

Sən qüdrətli Azərbaycan Ordusunun əsgərisən!

Döyüş əzmi, qələbə ruhu Vətən sevgisindən güc alan, qətiyyətli, cəsarətli, igid Azərbaycan əsgəri! Ulu öndər Heydər Əliyevin nizami ordu kimi formalaşdırdığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən yüksək səviyyədə inkişaf etdirdiyi qüdrətli Azərbaycan Ordusunun əsgəri! Sən də yeniyetməliyindən Vətənə Ana Vətən demisən. Bu kəlmənin müqəddəsliyini düşüncələrinə, düşüncələrindən ürəyinə, ürəyindən ömrünə köçürmüsən. Sən bu müqəddəsliyin əsgərisən. Vətəni hamı sevir. Bir-birinə bənzəməyən bu sevgilərin hamısı sizin Vətən sevginizdən barınır. Hamı bilir ki, əsgərin Vətən sevgisi bütün sevgilərdən üstün sevgidi. Vətən sevginiz müqəddəsliyə müqəddəs xidmətin işığı olduğuna görə düşüncələrin Vətənin hüdudlarından dikəlir. Müharibə torpaqlarımız işğaldan azad ediləndə başa çatacaq. O vaxtacan sinən Vətənə sipərdi. Müharibə səbəbindən torpaqlarımıza düşən səngərlərin səngəri sənsən. Bu amalla xidmət edirsən. "Səngərləri sərhədlərə köçürəcəyik!", - deyirsən. "Səngər müvəqqəti dayanacaqdı Böyük Qələbənin yolları üstə", - deyirsən, "Səni yaşatmaq üçün qoruyuruq, Ana Torpaq", "Sənin üçün hər birimiz Mübarizik, Ana Vətən!", - deyirsən. Yeniyetmələr də, gənclər də sənin "Hamımız bir Günəşin zərrəsiyik. Bu Günəş Vətəndi!" - kəlmələrini dünyaduyumuna göyqurşağı bilir. Sənin döyüş əzmin, qələbə ruhun Vətən sevgisindən güc alır. Sənin - Azərbaycan əsgərinin qüdrəti həm də bu güclə bağlıdır. Tovuz döyüşlərinin iştirakçısı olmuş əsgər Elməddin Dadaşzadənin timsalında hamınıza müraciət edirik. Sən buna görə güclüsən, buna görə qorxmazsan. Buna görə iradəlisən, buna görə xidmət etdiyin ordu dünyanın ən güclü orduları sırasındadır.

Vətəni müqəddəs sevgilərlə qoruyan, dünyanın ən güclü ordularından biri olan Azərbaycan Ordusunun əsgəri, sənin düşüncələrində sərhəd bütövlüyüylə Vətən var - Azərbaycan var, səngərsiz torpaqlara görə döyüş əzmi var, qələbə ruhu var.

Tovuzda, adsız yüksəklikdə döyüş növbəsində olan əsgər qardaşın "Tərxis olunduqdan sonra nə edəcəksən?" sualına cavab olaraq demişdi: "Səmimiliyimə inanın, ürəyimi bu dağlarda qoyub gedirəm. Əsgər olduğumu mülki həyatda da unutmayacam. Elə biləcəm ki, naməlum müddətə məzuniyyətə buraxılmışam". Onun sözləri "Oğulluq borcu son nəfəsəcən ödənilməli olan mənəvi borcdu" fikrinin eynidi. Bu kəlmələri hər biriniz demisiniz, deyirsiniz.

Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələriylə Azərbaycan Ordusunda irimiqyaslı islahatlar aparıldı. İndi ordumuz Cənubi Qafqazda ən güclü ordudu. Azərbaycan Ordusu ərazi bütövlüyümüzü qorumağa da, torpaqlarımızı işğaldan azad etməyə də qadirdir. Siz belə bir ordunun əsgərisiniz. Müharibəni siz başa çatdıracaqsınız.

Torpağa siz də Ana Torpaq deyirsiniz, onu qoruyursunuz. Bilirsiniz ki, torpağı qorudunsa sənindi, qorumadınsa yadın. Onu da bilirsiniz ki, barmağına tikan batan ufuldayır. Bəs torpaq? Ermənilərin atdığı mərmilərin, güllələrin yaraladığı torpaq neyləsin? Torpağın ağrı-acıları eşidilmir, duyulur; torpaqlarımızın can giziltisi işğaldan azad ediləndə kəsəcək, yaraları onda qaysaqlayacaq...

Sən də bilirsən ki, şəhidlik ölümün məğlubiyyətidi. Bu ruhu döyüşə-döyüşə yaşadanların döyüş yolunu sən davam etdirirsən. Sənin döyüş əzmin Vətənin döyüş əzmidir, qələbə ruhun Vətənin qələbə ruhudur.

Düşmən atəşkəsi pozanda da, təxribat törədəndə də sənin əsgər qardaşların onları həmişə qətiyyətlə susdurub. Düşmən iyulun 12-də daha əhatəli siyasi niyyətlərə görə Tovuz rayonu istiqamətindən Azərbaycanın dövlət sərhədlərinə hücum etdi. Sənin əsgər qardaşların bu qəfil hücumun qarşısını qətiyyətlə aldı, düşmənin neçə-neçə dayaq məntəqəsi dağıdıldı, neçə-neçə döyüş texnikası, onlarla canlı qüvvəsi məhv edildi. Bu, qələbənin başlanğıcı oldu. İctimaiyyət bu qələbəni Aprel döyüşlərinin davamı, Ali Baş Komandanın döyüş əmriylə qazanılacaq Böyük Qələbənin başlanğıcı bildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin dəfnində həm bu qəhrəmanlara, həm də Tovuz döyüşlərinin digər qəhrəmanlarına xitabən deyib: "Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib". Bu fikirlər şəhidliyə, şəhidlərə böyük ehtiramdır və bu ehtiram da sizin mənəvi-psixoloji hazırlığınızı yüksəldir.

Sizin hərbi xidmət amalınız torpaqlarımızın işğaldan azad edilməsidir. Hər biriniz qələbənin əsgəri olmaq, Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlamaq istəyirsiniz!

İctimaiyyət sənin bundan sonra da dövlətə sədaqətlə xidmət edəcəyinə inanır. İnanır ki, sən Ali Baş Komandanın döyüş əmriylə 2016-cı ilin Aprel döyüşlərini, 2020-ci ilin iyul döyüşlərini qəti qələbəylə tamamlayacaqsan. Bu qələbəyə Böyük Qələbə deyəcəyik. Müharibənin sonuncu gülləsi erməniliyin son nəfəsi olacaq. Tarix işğalçılığın son nəfəsinə qəhqəhə çəkəcək. Tarixin ironiyası işğala meyillilərin niyyətinin tövbəsinə dönəcək. Tarix görəcək ki, Azərbaycan əsgəri dünyanın "qara daşlarını göyərtməyə qadirdir".

Sən qüdrətli Azərbaycan Ordusunun əsgərisən!

Sən tarixin yol azmış axarını öz axarına düzənləyəcəksən! Bu, Vətənin istəyidi! Vətənin tələbidi!

Siz Azərbaycanın dövlət bayrağını işğaldan azad edəcəyiniz torpaqlarımızda da dalğalandıracaqsınız. Vətənə sevginiz, Hərbi anda, dövlətə sədaqətiniz döyüş bayrağındı, Azərbaycan əsgəri!

Sən qalib gələcəksən!

"Azərbaycan Ordusu"
Ordu.az

 

Mənbə: ordu.az