Rüfət Quliyev 2 oğlunun təhsili ilə bağlı çıxan xəbərə cavab verdi: “Rəqəmlər çox şişirdilib”

Rüfət Quliyev 2 oğlunun təhsili ilə bağlı çıxan xəbərə cavab verdi: “Rəqəmlər çox şişirdilib”

“Bu gün haqqımda çıxan xəbərə ironiya ilə baxıram”.

Bunu KONKRET.az açıqlamasında haqqında çıxan “İki oğlunun təhsili üçün 300 min dollar xərcləyib” xəbərinə münasibət bildirərkən deputat Rüfət Quliyev deyib.

Deputat son dövrlər mən bir çox qurumlarını tənqid etdiyini bildirib:

“Təəssüf ki, onlar mənim tənqidimi təhqir kimi qəbul edirlər. Məni bu yolla susdurmağa çalışırlar. Amma məni susdurmaq qeyri-mümkündür. Mən demirəm ki, həmişə həqiqəti deməliyəm. Cənab prezident deputatlara tapşırıq verib ki, harada nöqsan gördünüzsə, səsləndirin və təkliflərinizi irəli sürün. Niyə bəzi insanlar tənqidi təhqir kimi qəbul edirlər”.

Rüfət Quliyev heç kimi təhqir etmədiyini vurğulayıb:

“Sadəcə təkliflərimi irəli sürürəm. Mən haqqımda çıxan məlumatlara ironiya ilə baxıram. Xəbərdə rəqəmlər çox şişirdilib”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Mənbə: konkret.az