“BAE Systems” şirkəti ABŞ donanmasının iki esminesini modernləşdirəcək

“BAE Systems” şirkəti ABŞ donanmasının iki esminesini modernləşdirəcək

Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinin iki ədəd “Arleigh Burke” sinfinə məxsus esminesi modernləşdirməsi, təmir etməsi üçün “BAE Systems” şirkəti ilə müqavilə imzalayıb. Ordu.az .az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müqavilənin dəyəri 211.6 milyon ABŞ dollarıdır

Modernləşdiriləcək “USS Carney” və “USS Winston Churchill” esminesləri ilə bağlı imzalanan müqavilə 2022-ci ilin iyununadək tamamlanacaq.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az