Ümumdünya Səhiyyə Təşkilatından ümidverici açıqlama gəldi

Ümumdünya Səhiyyə Təşkilatından ümidverici açıqlama gəldi

Eastnews.org-un verdiyi xəbərə görə, dünyada koronavirus xəstəliyinin 20 milyondan çox artmasına və 750 min insanın ölümünə baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Adhanum bu qlobal böhranın ortasında COVID-19 ilə mübarizədə ümidin yaşıl qığılcımından danışıb.

Təşkilatın saytında jurnalistlərə verdiyi son hesabatında Adhanum hökumətləri və ictimaiyyəti virusun yayılmasının qarşısını almaq üçün çalışmağa çağırıb.

O, jurnalistlərə verdiyi açıqlamasında bildirib:
"Bilirəm ki, bir çoxunuz kədərlidir və dünya çətin bir dönəmdən keçir. Bir ümid parıltısının olduğunu açıqlamaq istəyirəm və hansı ölkədə, bölgədə, şəhərdə və ya qəsəbədə olursa olsun, bu virusun yayılmasını məğlub etmək heç vaxt gec deyil. Bu epidemiya ilə effektiv mübarizə aparmaq üçün bir neçə komponent təyin olunub. Dünyanın koronavirusu cilovlamaq və vətəndaşları yeni tədbirlərə təşviq etmək üçün tədbirlər görmək lazımdır".

ÜST rəhbəri, həmçinin Cənub-Şərqi Asiya, Karib və Sakit okean ölkələrinin virusun qarşısını almaq üçün erkən tədbirlər görməsi üçün hərəkətlərini yüksək qiymətləndirib.

O, şiddətli yoluxma ilə qarşılaşan Fransa, Almaniya, Koreya Respublikası, İspaniya, İtaliya və İngiltərə kimi ölkələrin virusun daha da yayılmasının qarşısını almaq üçün böyük ölçüdə addımlar atdığını deyib.

Bundan əlavə Ümumdünya Səhiyyə Təşkilatı ölkələrə xəstələrin dərhal müəyyənləşdirilməsi, sosial məsafə, maskaların istifadəsi və tez-tez əl yuma kimi tədbirlər barədə tövsiyələr verib.

"Virusun yüksək yayılması olan ölkələrdə bütün hökumətlər tərəfindən bu cür hərəkətlərə nəzarət edilməlidir", - deyə ÜST rəhbəri vurğulayıb.

Mənbə: İRNA

Mənbə: eastnews.org