Erməni hüquq müdafiəçisi: “Paşinyan etiraz aksiyalarının hansı təhlükələri ehtiva etdiyini yaxşı bilir”

Erməni hüquq müdafiəçisi: “Paşinyan etiraz aksiyalarının hansı təhlükələri ehtiva etdiyini yaxşı bilir”

“Bütün ölkədə 6 ay fövqəladə vəziyyət görünməmiş haldır, biz görürük ki, fövqəladə vəziyyət tədbirləri pandemiyanın yayılmasını azaltmaq üçün deyil, açıq şəkildə etiraz aksiyalarını cilovlamaq üçün istifadə olunur”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın ilk insan hüquqları müdafiəçisi Laria Alaverdyan Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın “Fövqəladə vəziyyət növbəti dəfə uzadılacaq” bəyanatına toxunarkən deyib.

Alaverdyanın sözlərinə görə, Nikol Paşinyan nümayişlərin hansı təhlükələri yarada biləcəyini bilən Ermənistan rəhbərlərindən biridir.

“Paşinyan etiraz aksiyalarının hansı təhlükələri ehtiva etdiyini yaxşı bilir, fövqəladə vəziyyətin uzadılmasının səbəbi bunları cilovlamaqdır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az