"Azərbaycan-Türkiyə Xarici İşlər nazirlərinin görüşü strateji əməkdaşlığı daha da gücləndirəcək"-POLİTOLOQ

"Azərbaycan-Türkiyə Xarici İşlər nazirlərinin görüşü strateji əməkdaşlığı daha da gücləndirəcək"-POLİTOLOQ

Türkiyənin paytaxtı Ankarada Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlunun təkbətək görüşü keçirilib.

Bununla bağlı Sonxeber.az-a danışan politoloq Elçin Quliyev bildirib ki, Ceyhun Bayramovun Xarici İşlər Naziri kimi Türkiyə Respublikasına ilk səfəri təsadüfü deyil:

"Azərbaycan Türkiyə münasibətləri hər iki dövlət tərəfindən yüksək səviyyədə qorunur və münasibətlərdən irəli gələn vəzifələr layiqincə yerinə yetirilir. Məhz hər iki dövlətdə vəzifəyə gələn nazirlərinin ilk səfərləri də Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə rəsmi səfərlər həyata keçirilir. Bu da onu göstərir ki, hər iki dövlət xarici siyasətində də bu kimi münasibətləri qoruyub saxlaya bilib.

Ceyhun Bayramovun Türkiyə Respublikasına ilk səfərini yükəsk qiymətləndirir və ümid edirəm bu səfər hər iki dövlət arasında yeni bir siyasi münasibətlərin başğlanğıcı olacaq. Bildiyiniz kimi Türkiyə Dağlıq Qaqarabağın ermənilər tərəfindən işğal olunması məsləsində Azərbaycanın maraqlarından çıxış edib və bu problemin həlli üçün bütün lazımi səylərini göstərib".

Politoloq qeyd edib ki, Ceyhun Bayramovun Türkiyəyə səfərindən öncə, Azərbaycan və Türkiyə ordusnun birlikdə həyata keçiridyi hərbi təlimlər bir daha onu göstərir ki, regionda sülhün bərqərar olunması, Dağlıq Qarabağ probleminin həll olunması və başqa sahələrdə olduğu kimi hərbi əməkdaşlıq sahəshində yükəsk səviyyədə qurulması hər iki mdövlətin marağlarına uyğun siyasət həyata keçirilir:
Bu da "Bir Millət İki dövlət" anlamında Azərbaycan Türkiyə qardaş ölkə olduğunu bütün beynəlxalq aləmə sübut olunubdur. Türkiyə dövləti bütün gücləri ilə Azərbycan dövlətinin yanında olduqlarını dəfələrlə qeyd ediblər. Bir mənalı şəkildə Türkiyə Dövləti Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu rəsmən elan edib".

Elçin Quliyev söyləyib ki, iqtisadi sahəyə nəzər salsaq Azərbaycan və Türkiyə dövlət başçılarının razılığına və qarşıya qoyulan məqsədə əsasən hər iki dövlət arasında ticarət əlaqələrini 15 mlyard dollara çatdırılmalıdır: "Qarşılıqlı yatırımlar artır. Enerji sahəsi üzrə ən böyük yatırımı Türkiyə Azərbaycana yatırıb və Azərbaycanda enerji sahəsində bir çox layihələri Türkiyədə həyata keçirir. Mədəniyyət, təhsil və s əməkdaşlıq əlaqələri uğurla həyata keçirilir. Hər iki dövlət arasında strateji layihələr icra olunur.

Bu da hər iki ölkənin iqtisadi maraqlarına uyğun olaraq, bu səhənin də ən yüksək səviyyəyə çatdırılması Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşıya qoyulan məqsədlərdən biridir. Azərbaycan Türkiyə münasibətləri tarixi köklərə söykənir. Bu münasibətlərin inkişaf etməsində iki ölkənin Ali rəhbərərinin dostluq münasibətləri deməyə əsas verir ki, Azərbaycan Türkiyə etibarlı strateji dövlətdirlər. Xarici İşlər nazirimiz Ceyhun Bayramovun Türkiyəyə səfəri, Azərbaycan Türkiyə münasibətlərinin daha da inkişafına təkan verəcəkdir".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az