Tramp: "Con Bolton hökumətdə tanış olduğum ən ağılsız insanlardan biridir"

Tramp: "Con Bolton hökumətdə tanış olduğum ən ağılsız insanlardan biridir"

Con Bolton hökumətdə tanış olduğum ən ağılsız insanlardan biridir.

KONKRET.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik müşavirinin Trampın Rusiya ilə bağlı kəşfiyyat məlumatları alarkən qəzəbləndiyi barədə verdiyi cavaba cavab olaraq yazıb:

“Con Bolton hökumətdə tanış olduğum ən ağılsız insanlardan biri və təəssüf ki, belələri ilə çox görüşdüm. Onlar bəyan edirlər ki, guya mən Vladimir Putinə Rusiyada bizim xüsusi xidmət orqanlarımızın işçilərindən daha çox hörmət edirəm və etibarım var. Əlbətdə ki, bu, doğru deyil.

Amerikanın kəşfiyyat məmurlarından görüşdüyünüz insanlar arasında Ceyms Komi (FTX-nın keçmiş rəhbəri), sübut edilmiş yalançı Ceyms Klapper (keçmiş milli kəşfiyyat direktoru) və CIA-yə rəhbərlik etmiş Con Brennan kimi ən yüksək səviyyədə ləkələnmiş çirkli polislər var. Onları niyə qəbul etmək istəmədiyimi başa düşürsünüz!”.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az