Avropadan Belarus hakimiyyətinə xəbərdarlıq

Avropadan Belarus hakimiyyətinə xəbərdarlıq

Avropa İttifaqı Belarusda zorakılığa və əsassız həbslərə görə məsuliyyət daşıyan şəxslərə qarşı tədbirlər görməyə hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell deyib.

O bildirib ki, Belarus hakimiyyəti etirazçılara qarşı proporsional güc tətbiq etmir.

Qeyd edək ki, bundan öncə Polşa Xarici İşlər naziri Yatsek Çaputoviç də birliyin Belarusa qarşı sanksiyaları nəzərdən keçirdiyini bildirmişdi.

Mənbə: axar.az