Azərbaycan-Belarus əlaqələri inkişaf edir - Münasibətlərin yüksək səviyyədə olması beynəlxalq arenada da özünü göstərir

Azərbaycan–Belarus münasibətləri dinamik inkişaf edir. Bu ilk növbədə prezident İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko arasında mövcud dostluq əlaqələrinin nəticəsidir. İqtisadi əlaqələrimiz ildən ilə sürətlənir. Hətta pandemiya dövründə iki ölkə arasında əməkdaşlıq imkanları genişlənir.

İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ildə qurulub. Azərbaycan – Belarus prezidentlərinin qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin dinamik inkişafından xəbər verir. Millət vəkili, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadənin sözlərinə görə, bu hər iki dövlət başçısının müstəqil siyasət yürütməsindən irəli gəlir.

Ziyad Səmədzadə – millət vəkili

Bunun nəticəsidir ki, həm belarusiyanın müstəqil siyasəti həm Azərbaycanın müstəqil siyasəti bu iki lider arasında əməkdaşlıq münasibətlərinin daha da yüksək səviyyəyə qalxmasına imkan verməkdədir ən çətin anlarda Azərbaycan Belarusiyanın yanında olub. Ən çətin anlarda da belarusiya Azərbaycanın yanında olub.

Belarusun ölkəmizdə həyata keçirdiyi iri layihələrdən biri kimi Gəncə avtomobil zavodunu göstərmək olar. Eyni zamanda Azərbaycan nefti Bakı-Supsa boru kəməri vasitəsi ilə Belarusa nəql olunur. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq ixrac potensialımız artıb. Elmi əməkdaşlıq yüksək səviyyədədir. Münasibətlərin yüksək səviyyədə olması Beynəlxalq arenada da özünü göstərir. 12 iyul döyüşlərindən sonra Ermənistanın, Belarus da daxil olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərdən Azərbaycana təzyiq göstərilməsi çağırışlarına dəstək görməməsi də ölkələrimiz arasında əməkdaşlığın strateji xarakter daşıdığından xəbər verir.

Ziyad Səmədzadə – millət vəkili

Erməni respublikasının baş naziri bu ODKB-nın başçısının seçilməsinə Belarus tərəfindən olan nümayəndənin seçilməsinə maneəçilik törədirdi bu maneəçiliyin kökündə onların Azərbaycanla dostluq münasibətləri dururdu onlar istəmirdilər ki Azərbaycanla strateji müttəfiq olan Belarusiyada belarusiyanın münayəndəsi o təhlükəsizlik komissiyasının stık – 8.20 onun sədri olsun, yəni Azərbaycan Belarus açıq bəyan etdilər, Belarusun prezidentin açıq bəyan etdi ki, İlham Əliyev mənim dostumdur.

Millət vəkili deyir ki, hər iki ölkə çətin sınaqlardan hər zaman üzüağ çıxıb. Son 25 il ərzində bu ölkə indiki prezidentin rəhbərliyi altında sosial-iqtisadi inkişafda böyük nəticələr qazanıb. Belarus, Aleksandr Lukaşenkonun yenidən ölkə prezidenti seçilməsindən sonra yeni dövrə qədəm qoyur. Əminliklə demək olar ki, ölkələrimiz arasında mövcud əlaqələr artıq yeni müstəvidə uğurla inkişaf etməkdə davam edəcək.

atv.az

Atv.az

ƏVVƏLKİ XƏBƏR

"Hatayspor" yeni baş məşqçi ilə anlaşdı

SONRAKI XƏBƏR

Volkswagen 2019 Golf R üçün 40 xüsusi rəng seçimini təqdim edir