Türkiyədə 226 155 nəfər koronavirusdan sağaldı

Türkiyədə 226 155 nəfər koronavirusdan sağaldı

Türkiyədə son sutka ərzində daha 15 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 873 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 61 716 nəfərdən 1 183-nün cavabı pozitiv çıxıb.
Bununla da yoluxanların ümumi sayı 243 180 nəfərə çatıb. Müalicə olunan 1 185 xəstə isə bu gün evə buraxılıb. Bununla ölkədə koronavirusdan sağalanların sayı 226 155 nəfərə çatıb".
Fəxrəddin Qoca bildirib ki, son 3 gündə ən çox yoluxma İstanbul, Ankara, Konya, Diyarbəkir və Şanlı Urfada qeydə alınıb.

Mənbə: modern.az