Heç kim bizə görə Türkiyə ilə münasibətləri korlamaz - Nazir

Heç kim bizə görə Türkiyə ilə münasibətləri korlamaz - Nazir

Heç kim Yunanıstana görə Türkiyə ilə münasibətlərini pozmaz.

Axar.az xəbər verir ki, bu sözləri Yunanıstanın keçmiş müdafiə naziri Evangelos Apostolakis deyib.

Ölkəsinin Türkiyə ilə yeni gərginlik dönəminə girdiyini deyən keçmiş nazir Yunanıstanın yalnız qalacağını söyləyib:

"Bizim problemlərimiz səbəbindən hər hansı bir tərəfin Türkiyə ilə münasibətlərini korlayacağı və ya münaqişəyə girəcəyi inandırıcı deyil".

Mənbə: axar.az