Çexiyanın Baş naziri: “Belarusdakı hadisələrdən şoka düşdüm”

Çexiyanın Baş naziri: “Belarusdakı hadisələrdən şoka düşdüm”

"Belarusda indi baş verənlərdən şoka düşdüm. Ağlıma gəlməzdi ki, Avropada, bizə bu qədər yaxınlıqda bunun mümkün ola bilər. Belarus vətəndaşlarının da bizim qədər demokratiya və azadlıq hüququ var".

Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra Çexiyanın Baş naziri Andrey Babiş deyib.
Babiş Belarusda baş verən hadisələrə Avropa ölkələrini aktiv reaksiya verməyə çağırıb.
Babiş AB-nin tezliklə Belarusdakı vəziyyəti nəzərdən keçirəcəyinə və ölkə vətəndaşlarına dəstək olmaq üçün konkret addımlar atacağına inandığını bildirib.
Qeyd edək ki, Belarus hadisələri AB ölkələrinin xarici işlər nazirləri tərəfindən avqustun 14-də keçiriləcək videokonfransda müzakirə ediləcək.

 

Mənbə: afn.az