Azərbaycanın Dağlıq Qarabağ bölgəsində fövqəladə vəziyyət daha bir ay uzadıldı

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində fövqəladə vəziyyət daha bir ay uzadıldı

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycanın qədim torpağı – Dağlıq Qarabağdakı fövqəladə vəziyyət rejimi koronavirusun yayılması təhlükəsi səbəbindən sentyabrın 11-dək uzadılıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Müvafiq sərəncamı tanınmamış DQR-in “prezidenti” Araiik Arutyunyan imzalayıb.

Fövqəladə rejim Dağlıq Qarabağda aprelin 12-dən etibarən fəaliyyət göstərir.

Qeyd edək ki, bölgədə son iki gündə yeni bir koronavirus infeksiyası hadisəsi aşkar edilməyib.

Pandemiya başlayandan bəri Azərbaycanın işğalda olan bu torpaqlarında 251 nəfərdə koronavirus diaqnozu qoyulub, onlardan 231-i sağalıb, 42-si təcrid olunub. Ölüm hadisəsi qeydə alınmayıb. Cəmi 7418 test keçirilib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az