Paşinyanın Soros sevgisi haradan qaynaqlanır?

Paşinyanın Soros sevgisi haradan qaynaqlanır?

"12 iyulda Azərbaycan Ermənistana elə sarsıdıcı zərbələr vurdu ki, işğalçı dövlət uzun müddət özünə gələ bilməyəcək. Erməni politoloq Tevanyanın dediyi kimi, Ermənistan ən azı 2022-ci ilə qədər böhran vəziyyətdə olacaq. İllərlə sərhəddə inşa etdiyi istehkamlar, yaratdığı hərbi infrastruktur, silah - sursat anbarları Azərbaycan əsgərinin dəqiq atəşi ilə bir anda darmadağın edildi. Düşmən xeyli canlı qüvvə itirdi". Bunu "Olaylar " a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, bürün bunlar Ermənistanın digər istiqamətlərdə olduğu kimi, hərbi sahədə də bizimlə müqayisə oluna bilməyəcəyini sübut etdi. Xarici ekspertlər də dönə - dönə vurğulayırlar ki, Azərbaycanın təkcə Naxçıvandakı bir diviziyası düşmən ordusunu məhv etməyə yetər: "Erməni cəmiyyəti hüzn içindədir. Cəbhədə itirdikləri övladlarına yas saxlayırlar. Baş nazir Paşinyan isə təlaşdadır, başı dərddədir. Corc Sorosun onu zibilə saldığının fərqindədir. Çünki Moskva artıq ona etimad göstərmir. Kreml yaxşı anlayır ki, Paşinyan Sorosdan aldığı təlimatlar əsasında ölkəsini Rusiyanın əlindən almağa, Qərbə yedəkləməyə çalışır. Rusiyadakı erməni diasporu da Paşinyan hökumətini lənətləyir. Paşinyanın Soros sevgisi onların çörək qazanması yolunda bir əngəl ola biləcəyindən qorxurlar. Bir sözlə, Ermənistanın indiki siyasəti cılız bir ağacı xatırladır. Çiçək açsa da, bar vermir. Aclığa, səfalətə düçar olmuş erməni xalqı isə hökumətdən çörək, iş istəyir. İşğalçı dövlət həyatın bütün sahələrində uçuruma doğru yuvarlanır. Demoqrafik vəziyyət isə elə həddə çatıb ki, əsgərliyə göndərməyə oğlan çatışmır. Orduya bu səbəbdən qızları da çağırırlar. Belə davam etsə, yalnız elə bu faktora görə Ermənistan bir dövlət kimi yaşaya bilməyəcək . Erməni xalqı başa düşməlidir ki, onların xilası dinc yolla torpaqlarımızı tərk etmələrində, işğaldan əl çəkmələrində və bunun nəticəsi olaraq, Azərbaycanın regionda reallaşdırdığı iqtisadi layihələrdən yararlanmaqdadır. Əks təqdirdə, bir gün Ordumuz hücuma keçəcək, bax onda bu, həqiqətən Ermənistanın sonu ola bilər".

Mənbə: olaylar.az