Partiyaların yalnız adları qalıb... - Tural Abbaslı

Partiyaların yalnız adları qalıb... - Tural Abbaslı

"Partiyaların sayının artması siyasi fəallığı artıracaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib. Onun fikirincə, son zamanlarda Prezident Aparatının rəsmisi Ədalət Vəliyevin partiyalarla mütəmadi görüşləri, eyni zamanda iqtidarın elan etdiyi yumuşalma, islahat kursu bir çox təşkilatları və hərəkatları prosesdə daha aktiv rol almağa ruhlandırır:

"Əslində bu, özü-özlüyündə müsbət haldır. Siyasi partiyaların sayının artması avtomatik olaraq siyasi fəallığı artıracaq. Siyasi canlanma da inkişafın və demokratiyanın əsas atributlarındandır. Odur ki, görüşlərdən sonra partiyaların sayının artmasından narahat olmağa dəyməz”.

Tural Abbaslı hesab edir ki, əsas məsələ partiyaların sayının artmasından daha çox onlara yaradılan fəaliyyət imkanlarıdır:

"Azərbaycanda hər zaman kifayət qədər partiya olub. Orta hesabla 55-ə yaxın partiya. Lakin iqtidarın yürütdüyü sərt və repressiv siyasət nəticəsində partiyaların yalnız adları qalıb. Ümid edək ki, iqtidarın elan etdiyi islahatların real nəticələri olar və partiyalar tək kəmiyyət deyil, həm də keyfiyyət baxımından yüksələn qrafik cızar”.

Mənbə: qaynarinfo.az