Macarıstan ABŞ-dan 850 milyon avroluq raket alır

Macarıstan ABŞ-dan 850 milyon avroluq raket alır

Macarıstan ABŞ-la böyük silah müqaviləsi bağlayıb.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Macarıstandakı səfiri Devid Kornştayn deyib.

O, Budapeştin 850 milyon avroluq ABŞ raketi almaq niyyətində olduqlarını bildirib.

MİT agentliyi isə Macarıstanın “Raytheon” şirkətindən orta mənzilli hava-hava sinfinə aid AMRAAM raketi alacağını yazıb. Agentlik bununla da Macarıstanın öz hava hücumundan müdafiə sistemlərini modernləşdirmək niyyətində olduğunu bildirib.

Mənbə: axar.az