“Boltonun Ermənistan-Amerika hərbi əməkdaşlığı haqqında təklifi özündə bu dərəcə ciddilik ehtiva etmir” – Aşotyan

“Boltonun Ermənistan-Amerika hərbi əməkdaşlığı haqqında təklifi özündə bu dərəcə ciddilik ehtiva etmir” – Aşotyan

“Ermənistan-Amerika əməkdaşlığına xüsusən hərbi sahədə çox aydın “real politik” çərçivədə baxmaq lazımdır”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın deyib.

Avqustun 10-da erməni politoloq Suren Sarkisyanla müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib ki, çox problemi, regionlarda sülh və sabitlik qurmağın yollarından biri ABŞ və xüsusən ABŞ Silahlı Qüvvələri ilə sıx əməkdaşlıqdır.

“Con Boltonun Ermənistan-Amerika hərbi əməkdaşlığı haqqında təklifi özündə bu dərəcə ciddilik ehtiva etmir”, - deyə Armen Aşotyan bildirib.

 

Mənbə: ordu.az