Ruhani və Makron nüvə sazişini müzakirə ediblər

Ruhani və Makron nüvə sazişini müzakirə ediblər

Fransa prezidenti Emmanuel Makron və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub. Ordu.az İran prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışğı zamanı Hərtərəfli Birgə Fəaliyyət Planı (COAP) adlanan nüvə razılaşması müzakirə edilib.

Ruhani Makrondan BMT Təhlükəsizlik Şurasında İrana silah embarqosunun uzadılması üçün ABŞ təklifinə qarşı çıxmasını istəyib.

İran prezidenti ABŞ administrasiyasının İranla imzalanmış nüvə sazişini ləğv etməyə çalışdığını və təqdim olunan qanun layihəsinin nüvə sazişini dəstəkləyən BMGK 2231 qətnaməsini pozduğunu ifadə edib.

“Nüvə sazişinin və 2231 saylı qətnamənin qorunması sazişin bütün tərəflərinin öhdəliyidir. İran və üç Avropa ölkəsi, habelə Rusiya və Çin arasında sazişə qarşı çıxanların məqsədlərinə çatmalarının qarşısını almaq üçün diqqətli məsləhətləşmələr və əməkdaşlıq gözləyirik”, - deyə o qeyd edib.

Telefon danşığı ilə əlaqədar Fransa tərəfinin açıqlamasında qeyd olunur ki, Makron iranlı həmkarına nüvə sazişini qorumaq istədiklərini söyləyib, ancaq İranın gərginliyin artmasının qarşısını almaq üçün lazımi addımlar atmasını bildirib.

İran və Fransa prezidentləri Livanda partlayışdan sonrakı yaranan vəziyyəti də müzakirə ediblər.

 

Mənbə: ordu.az