Erməni Fondu elan etdi: Beyrutdan Qarabağa köç...

Erməni Fondu elan etdi: Beyrutdan Qarabağa köç...

Qarabağda yerləşmək istəyən Livan ermənilərinə yardım edəcəyik.

Axar.az xəbər verir ki, bunu Hayastan Ümumerməni Fondunun icraçı direktoru Aykak Arşamyan deyib.

“Əgər Livanda yaşayan həmvətənlərimizdən kimsə Qarabağda məskunlaşmaq istəsə, mən şəxsən bu məsələni həll edəcəyəm”, – deyə o bildirib.

Qeyd edək ki, Hayastan Ümumerməni Fondu 1992-ci ildə Ermənistan prezidentinin əmri ilə yaradılıb. Bu fond Ermənistan və Qarabağın inkişafına yatırım etmək istəyən erməniləri birləşdirən yeganə təşkilatdır. Fond hər il telemarafon keçirir ki, burada toplanılan vəsaitin də Qarabağdakı separatçılara, eləcə də burada məskunlaşdırma işlərinə xərcləndiyi iddia edilir.

Mənbə: axar.az