Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç Lukaşenkoya səsləndi: “Hələ gec deyil, çıx get!”

Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç Lukaşenkoya səsləndi: “Hələ gec deyil, çıx get!”

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, Belarus yazıçısı Svetlana Aleksiyeviç ölkə prezidenti Aleksandr Lukaşenkoya vəzifəsini tərk etməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə o, Azadlıq Radiosuna müsahibəsində bəyan edib.

Aleksiyeviç Belaruslu jurnalist Svetlana Kalinkinadan sitat gətirərək, respublika prezidentinə “gözəl bir şəkildə ayrılmağı” tövsiyə etmək istədiyini söyləyib, ancaq başlanan iğtişaşlar səbəbindən bunu etmək mümkün olmayacaq.

“Get, hələ gec deyil, xalqı qorxunc bir uçuruma, vətəndaş müharibəsinə aparma. Çıx get!” deyib.

Aleksiyeviçin sözlərinə görə, ölkədə heç kim qan və Maydan istəmir. Yazıçı səsvermə protokollarının bütün məntəqələrdə asılmasını təklif edib ki, insanlar son prezident seçkilərində necə səs verdiklərini görsünlər.

“Gəl bunu edək. Qoy insanlar səslərin kimə verdiyini görsünlər” bildirib.

Yazıçı müxalifət namizədi Svetlana Tixanovskayanın seçkidə qalib gəldiyinə inandığını vurğulayıb.

Exit-poll-un ilk nəticələrinin elan olunmasından sonra başlayan etirazlara gəlincə, Aleksiyeviç küçələrə çıxanlara ləyaqətlərini qoruduqları üçün minnətdar olduğunu söyləyib.

“Mən son bir neçə həftə ərzində yalnız xalqıma aşiq oldum. Bunlar tamamilə fərqli insanlardır, bu insanlar tamamilə fərqli bir gücə sahibdirlər”. Yazıçı fikrini belə tamamlayıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az