Misirdən gözlənilməz addım: Ankara ilə əlaqə yaratdı və...

Misirdən gözlənilməz addım: Ankara ilə əlaqə yaratdı və...

Misir Türkiyə ilə bağlı gözlənilməz addım atıb.

Axar.az xəbər verir ki, bu barədə “Midl İst Ay” saytı iddia edib.

Bildirilib ki, Qahirə rəhbərliyi Ankara ilə əlaqə yaradaraq, “Türkiyənin Aralıq dənizindəki milli təhlükəsizliyi ilə bağlı narahatlığını diqqətə alırıq” mesajını ünvanlayıb.

Ankara da Qahirənin bu münasibətindən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, Misirin Yunanıstanla Şərqi Aralıqda Türkiyənin maraqlarına və beynəlxalq qanunlara zidd olan saziş imzalaması iki ölkə arasında gərginliyə səbəb olub.

Mənbə: axar.az