Polşalı nazir: “Məsələni NATO yox, qonşular həll etsin”

Polşalı nazir: “Məsələni NATO yox, qonşular həll etsin”

“NATO Belarusdakı hadisələrə müdaxilə etməməlidir”.

Cebhe.info xəbər verir ki, bu bəyanatı Polşanın Müdafiə naziri Mariuş Blaşak səsləndirib.

O bildirib ki, Belarusda baş verənlər əsasən “qonşu dəstəyinin işi”dir. Nazir Polşa və Litvanın bu ölkənin rəhbərliyi ilə Avopa Birliyi arasında vasitəçi olmasının mümkünlüyünü vurğulayıb.

Xatırladaq ki, Belarusda 9 avqust seçkisindən sonra vəziyyət gərginləşib. 10 avqustda Rusiya da daxil olmaqla bir sıra ölkələr Lukaşenkonu prezident kimi təbrik edib. Lukaşenko ölkədəki gərginlik və etiraz aksiyalarının “qərb kuklaları”nın işi olduğu qənaətindədir.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info