İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi üçüncü televiziya müzakirəsini keçirdi

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi üçüncü televiziya müzakirəsini keçirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin həyata keçirdiyi “Qlobal şəbəkələrdən informasiya təzyiqinə qarşı effektiv mübarizə üsulları” adlı layihənin icrası davam edir.

Cebhe.info xəbər verir ki, bu gün layihə çərçivəsində üçüncü televiziya müzakirəsi keçirilib. “Sosial şəbəkə iştirakçılarının ciddi mənbəyə istinad etməklə xəbərlərin yayılmasının üstünlüyü şərtləri” mövzusu müzakirə edilib.

Müzakirədə layihənin moderatoru Vilayət Muxtar, ekspertlər Elman Cəfərli və Şaban Nəsirov iştirak edib. Müzakirə zamanı qeyd olunub ki, sosial şəbəkə istifadəçiləri hər hansı bir məlumatı ciddi mənbəyə istinadən yaymalıdır. Bildirilib ki, sosial şəbəkədə yayılan xəbərlər ciddi mənbəyə istinad edilərsə, bu, dövlət mənafeyinə və ictimai maraqlara uyğun olar, saxta xəbərlərin yayılmasının qarşısını alar. Layihənin ekspertləri bu işdə maarifləndirici tədbirlərin keçirilməsini zəruri hesab ediblər.

Cebhe.info

Mənbə: cebhe.info