Venezuela vitse-prezidenti koronavirusa yoluxdu

Venezuela vitse-prezidenti koronavirusa yoluxdu

Venesuelanın vitse-prezidenti, Rabitə və İnformasiya naziri Xorxe Rodriges koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, Rodriges bu barədə öz tvitter hesabında açıqlama verib:

“Özümü yaxşı hiss edirəm, ancaq virusun öhdəsindən gəlmək üçün özümü təcrid etməli və lazımi tədbirləri görməliyəm”.

Qeyd edək ki, “Worldometer” internet portalının məlumatına görə, Venesuelada bu günə qədər 29 088 insan koronavirusa yoluxub, onlardan 247-si xəstəlik səbəbindən həyatını itirib.

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi

Mənbə: qafqazinfo.az