Polşanın müdafiə naziri: “Belarus xalqının azadlığa olan meylləri dəstəklənməlidir”

Polşanın müdafiə naziri: “Belarus xalqının azadlığa olan meylləri dəstəklənməlidir”

Polşanın müdafiə naziri Mariuş Blaşak Belarusda keçirilən prezident seçkilərinin nəticələri ilə əlaqədar kütləvi etiraz aksiyalarını şərh edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı MK nəşri yayıb.

Polskie Radiosunun efirində Blasçak deyib ki, bütün “azad dünya” Belarusun demokratik bir dövlət olmasının tərəfdarıdır və respublika hakimiyyəti vətəndaşlarına hörmət etməlidir.

“Belarus xalqının oyandığı aydındır və azadlığa olan meylləri dəstəklənməlidir” deyib Blaşak.

Eyni zamanda, polşalı nazir NATO-nun vəziyyətə müdaxilə etməsinə şübhə etdiyini dilə gətirib.

Belarusda baş verənlər “ilk növbədə qonşuya dəstək məsələsidir” deyib.

Belarusda dördüncü gündür ki, ölkə prezidenti Aleksandr Lukaşenkonun yenidən seçilməsinə qarşı kütləvi etirazlar davam edir.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az