Rusiya ordusuna 2021-ci ildə çoxməqsədli hücum PUA-ları tədarük ediləcək

Rusiya ordusuna 2021-ci ildə çoxməqsədli hücum PUA-ları tədarük ediləcək

Düşmən hədəflərini yüksək dəqiqlikli döyüş sursatları ilə vurmağı bacaran çoxməqsədli hücum PUA-ları 2021-ci ildə Rusiya Aerokosmik Qüvvələrinə təhvil veriləcək. Ordu.az xəbər verir ki, bu barədə Rusiya Aviasiya Kosmik Qüvvələrinin baş komandanının müavini, general-leytenant Sergey Dronov “Krasnaya Zvezda” qəzetinə müsahibəsində məlumat verib.

Dronov, həmçinin hazırda xidmətdə qısa və orta mənzilli PUA-ların olduğunu bildirib.

O qeyd edib ki, qoşunların yeni PUA-larla təchiz edilməsi onların istifadəsinin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq və şəxsi heyət itkisinin azalmasını təmin edəcək.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az