Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək

Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək

Fransa şərqi Aralıq dənizinə hərbi təyyarələr göndərəcək.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumata görə, Fransanın regionda hərbi imkanları artırmaq planının bir hissəsi kimi şərqi Aralıq dənizinə iki “Rafale” qırıcı təyyarəsi və “La Fayette” dəniz donanması göndəriləcək.

Mənbə: apa.az