“Paşinyan etiraf edir ki, öz hakimiyyətini uzatmağın qiymətini bizim həyatlarımız bahasına ödməyə qərar vermişdi” – Aşotyan

“Paşinyan etiraf edir ki, öz hakimiyyətini uzatmağın qiymətini bizim həyatlarımız bahasına ödməyə qərar vermişdi” – Aşotyan

“Virusa 1000 qurban vermişik, çünki Nikol insanların minimum sosial ehtiyaclarını başqa cür təmin etməyə qadir deyildi”. Ordu.az xəbər verir ki, bunu öz “Facebook” səhifəsində Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan yazıb.

““Təəssüflər olsun, çox qurbanlarımız var, ancaq yalnız tibbi məntiqi rəhbər tutsaydıq, sosial kollaps qarşısında dayanacaqdıq”, - bu gün Paşinyan deyib. Yəni o, faktiki olaraq etiraf edir ki, öz hakimiyyətini uzatmağın qiymətini bizim həyatlarımız bahasına ödməyə qərar vermişdi”, - deyə Aşotyan qeyd edib.

 

Mənbə: ordu.az