Belarusa yox, Rusiyaya sanksiya tətbiq edin

Belarusa yox, Rusiyaya sanksiya tətbiq edin

Bir neçə gündür etirazların davam etdiyi Belarusdakı hadisələrə görə məhz Rusiyaya sanksiyalar tətbiq etmək lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin Polşadan olan üzvü Yasek Sarius-Volski deyib.

“Aİ və Polşanın tətbiq edə biləcəyi sanksiyalar Belarusa deyil, Rusiyaya yönəldilməlidir. Çünki bu əllə deyil, qılıncla cəzaya bənzəyir.

Düşünürəm ki, əgər Rusiyanın müdaxiləsi olmazsa, belaruslar demokratiyanın qurulması prosesinin öhdəsindən özləri gələcək”, – deyə o bildirib.

Mənbə: axar.az