Zelenski “Belarus” demişdi, Kravçuk isə... – Şok qərar

Zelenski “Belarus” demişdi, Kravçuk isə... – Şok qərar

Minsk Təmas qrupundakı Kiyev nümayəndə heyətinin rəhbəri və Ukraynanın ilk prezidenti Leonid Kravçuk danışıqlar üçün platformanın Belarusdan İsveçə ötürülməsinə icazə verib.

Teleqraf.com xəbər verir ki, o, Belarusun üçtərəfli qrupda iştirak etmədiyini bildirib.

“Belarus üçtərəfli qrupda iştirak etmir. İndi orada danışıqları aparmaq üçün imkan olmasa, başqa yer axtaracağıq. Əvvəlcə Minsk anlaşması yox idi, Cenevrə vardı. Bitərəf bir ölkə lazımdır, İsveç buna uyğundur”, - Kravçuk bildirib.

Donbasdakı münaqişənin həlli ilə bağlı Təmas qrupunun növbəti iclası avqustun 18-nə təyin edilib. Ukrayna Prezidenti Vladimir Zelenski Belarusdakı kütləvi etirazlara baxmayaraq danışıqların aparılacağını demişdi.

Prezident seçkilərindən sonra - avqustun 9-da Belarusda kütləvi etirazlar başlayıb.

 

Mənbə: teleqraf.com