ABŞ səfirliyindən Ermənistan aviadaşıyıcıları ilə bağlı QADAĞA

ABŞ səfirliyindən Ermənistan aviadaşıyıcıları ilə bağlı  QADAĞA

ABŞ-ın Ermənistandakı səfirliyi işçilərinə Ermənistan hava yollarının təyyarələrində səyahət etməyi qadağan edib və ABŞ vətəndaşlarına da bunu etməmələrini tövsiyə edib. SİA Ermənistana məxsus mətbuat səhifəsində yayımlanan məlumatlara istinadən xəbər verir ki, xəbərdarlığın mətni ABŞ-ın Ermənistandakı səfirliyinin rəsmi saytında dərc edilib.

“2020-ci ilin iyununda Avropa İttifaqı (Aİ) Ermənistanda akkreditə olunmuş aviadaşıyıcıların təhlükəsizlik nəzarəti ilə bağlı narahatlıqla əlaqədar olaraq, bütün aviaşirkətləri AB-nin hava hərəkəti təhlükəsizliyinin“ qara siyahısına” daxil edib.

Məhdudiyyətlər bütün erməni daşıyıcılarının 2022-ci ilə qədər AB ölkələrinə uçmasını qadağan edir.

Bu vəziyyəti nəzərə alaraq ABŞ səfirliyinin əməkdaşlarına Ermənistan hava nəqliyyat şirkətlərinin xidmətlərindən rəsmi səyahət üçün istifadə etmək qadağandır”, deyə xəbərdarlıqda bildirilir.

Mənbə: sia.az