Dünya şöhrətli dirijor Lukaşenkonun əlindən aldığı ordendən imtina edib

Dünya şöhrətli dirijor Lukaşenkonun əlindən aldığı ordendən imtina edib

Rusiyalı dirilor, skripaç və pedaqoq, SSRİ və Ukraynanın xalq artisti, YUNESKO-nun "Dünyanın artisti" nominantı, SSRI və RF-nın Dövlət mükafatları laureatı, Rusiya Federasiyasının "Vətən qarşısında xidmətlərinə görə" ordeninin bütün dərəcələrinə layiq görülmüş dünya şöhrətli Vladimir Spivakov Belarusun 6-cı dəfə prezidenti seilmiş Lukaşenkoya məktub göndərib. Məktubunda o, 2014-cü ildə belarusiyalı liderin əli ilə təqdim edilmiş "Fransiska Skorina" ordenindən imtina etdiyini bildirir: "Mənə Sizin idarəetmənizlə hansısa şəkildə bağlı olan nəyisə daşımaq ancaq utanc gətirər"- deyə, bildirən dünya şöhrətli sənətkar "ürəyim ədalət axtaran Belarusiya vətəndaşları ilə bir çırpınır"- sğzləri ilə məktubunu bitirib. Xatırladaq ki, bu il avqustun 9-da görünməmiş canlanma ilə keçirilən prezident seçkilərində MSK-nın elan etdiyi rəsmi nəticələri total saxtakarlıq hesab edən Belarus ictimaiyyətində böyük etiraz aksiyaları 4 gündür davam edir. BBC-nin yaydığı məlumata görə etirazçılara qarşı qəddar davranan güc strukturları 7 minə yaxın insanı həbs edib, zorakılıq zamanı 3 nəfərin öldüyü, yüzlərlə etirazçının yaralandığı bildirilir.

 

Mənbə: polemik.az