Belarusda dördüncü gecədir nümayişlər keçirilir - 6 minə qədər insan həbs edilib

Belarusda dördüncü gecədir nümayişlər keçirilir - 6 minə qədər insan həbs edilib

Çərşənbə günü Belarusda minlərlə insan ardıcıl olaraq dördücü gecə Aleksandr Lukaşenkonun 6-cı müddətə, onların iddiasına görə, saxta seçkilərlə prezident seçiməsinə etiraz edib.

Nümayişçilər Minskdə polisin onlara doğru yaxınlaşmasına mane olmaq üçün canlı zəncirlər yaradıblar.

Şahidlərin dediyinə görə, paytaxtın küçələrindən birində polis nümayişçilərə dəstək vermək üçün balkonlara çıxan insanlara rezin güllə atıb.

Çərşənbə günü qadın qrupları da əllərində gül canlı zəncirlər yaradaraq polis onları dağıdana qədər yürüş keçirməyə səy göstərib.

Bənzər nümayişlər Belarusun başqa şəhərlərində də keçirilib.

Polis gecə yürüşlərini dayandırmaq üçün gözyaşardıcı qazdan, dəyənəklərdən və rezin güllələrdən istifadə edib. 6000 nəfər həbs olunub, yüzlərlə insan yaralanıb.

Associated Press xəbər agentliyinin bildirdiyinə görə, polis tərəfindən döyülənlər arasında Belarus televiziyasının iki müstəqil müxbiri və Azadlıq Radiosunun jurnalisti Vitali Tsiqankov da olub.

İtkin düşən ailə üzvlərini axtaran insanlar həbsxanalara üz tütüb.

Lukaşenko onu qorxuda bilməyəcəklərini deyib.

"Bu etirazçıları cinayətkar keçmişi olan və hazırda işsiz olanlar təşkil edir" - deyə, o çərşənbə günü bildirib.

Avropa Birliyi Xarici Siyasət İdarəsinin rəhbəri Cosep Borrell Belarusda baş verənləri müzakirə etmək üçün cümə günü xarici işlər nazirləri ilə yığıncaq keçirib. O, zorakılılara, əsassız həbslərə və seçki nəticələrinin saxtalaşdırılmasına görə məsuliyyət daşıyanlara qarşı sanksiyalarla hədələyib.

Mərkəzi Seçki Komissiyası bazar ertəsi Aleksandr Lukaşenkonun 80.23 faiz səs, onun əsas rəqibi, müxalifət namizədi Svetlana Tixanovskayanın isə 9.9 faiz səs topladığını bildirib.

Mənbə: www.amerikaninsesi.org