Qarabağa qanunsuz səfər edən Polşa jurnalisti separatçı erməni rejimini dəstəklədi / VİDEO

Qarabağa qanunsuz səfər edən Polşa jurnalisti separatçı erməni rejimini dəstəklədi / VİDEO

Polşalı jurnalist Vitold Repetoviç iyulun 29-dan avqustun 7-dək Ermənistanın Tavuş və Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında olaraq çəkilişlər aparıb və məqalə yazıb.

Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, separatçı-terrorçu rejimi müstəqil dövlət kimi təqdim edən üzdəniraq jurnalistin materialı Azərbaycan və Türkiyəyə qarşı böhtanlarla doludur.

Qanunsuz olaraq işğal altındakı Azərbaycan torpaqlarına ayaq basan Polşa media mənsubu Vitold Repetoviç "Defenceence.pl" agentliyi, "TVP" kanalı və "Pulaski Foundation" siyasi-analitik mərkəzi ilə əməkdaşlıq edir.

Vitold Repetoviçin Qarabağa etdiyi səfər haqqında geniş məqalə 8 avqust tarixində "Defense24.pl" xəbər agentliyində videonun müşayiəti ilə yayımlanıb.

Sultan Laçın

 

Mənbə: moderator.az