Zaxarova: Türkiyə ilə patrul yoxlanışları dayandırıldı!

Zaxarova: Türkiyə ilə patrul yoxlanışları dayandırıldı!

Terrorçuların provokasiyaları səbəbindən İdlibin M4 magistralında Türkiyə və Rusiyanın icra etdiyi patrul yoxlanışı müvəqqəti olaraq dayandırılıb.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maxarova deyib.

“Terrorçular hökumət qüvvələrinin mövqelərinə və yaşayış sahələrinə hücumları artırıb və M4 dəhlizində provokasiyaları davam etdirir. Bu səbəbdən rus-türk patrul yoxlanışları müvəqqəti dayandırılıb”, - deyə XİN sözçüsü bildirib.

Mənbə: axar.az