ABŞ Çinin Hyustondakı konsulluğunu bağladı

ABŞ Çinin Hyustondakı konsulluğunu bağladı

ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

ABŞ illər boyu Çin Xalq Respublikasından sadəcə olaraq Birləşmiş Ştatlarda cinayətkar, məcburi və çirkin əməllərinə son qoymasını tələb edib. Çin höküməti isə illər boyu bunu rədd edib. ABŞ-ın Dövlət Departamenti Çinin Hyuston şəhərindəki konsulluğunu bağlayıb. Buna səbəb onların qanunsuz olaraq ərazidəki qurumlardan tibbi araşdırmanı transfer etmək, ərazidəki 50-dən çox təqdiqatçı, professor və akademikləri Çin qurumlarına məlumat ötürmək və Çin hökümətinin siyasi rəqib hesab etdiyi Birləşmiş Ştatlardakı Çin vətəndaşlarına ölkələrinə geri dönmələri üçün təzyiq göstərmək cəhdləri ilə bağlı iddialar olub.

Hyuston konsulluğunun fəaliyyəti Birləşmiş Ştatların xarici diplomatik missiyalardan qəbul etməyə hazır olduğu davranış cizgisini aşıb. Administrasiyasının Çin Xalq Respublikasının Hyustondakı konsulluğunu bağlanmasına göstəriş vermək qərarı Birləşmiş Ştatların Çin Kommunist Partiyasının aqressiv davranışlarını cilovlamaq məqsədilə atdığı ən son addımlardan biridir.

Pekin illərdir ABŞ cəmiyyətinə açıq və azad çıxış əldə edib, lakin ABŞ diplomatlarına Çində eyni imkanları verməyib. Bu qəbuledilməzdir. Amma Çinin diplomatik missiyaları təkcə Birləşmiş Ştatlardakı mövcudluğundan sui-istifadə etməyib. Əqli mülkiyyət və casusluq qlobal təhlükədir. Bu yaxınlarda ABŞ Ədliyyə Departamentinin 11 maddəli ittiham aktında Li Şiaoyu və Donq Jiajinin 10 ildən çoxdur Birləşmiş Ştatlar, Avstralua, Belçika, Almaniya, Litva, Niderland, İspaniya, Cənubi Koreya, İsveç və Birləşmiş Krallıq daxil olmaqla yüskək texnologiyalı ölkələrdəki şirkətləri hədəf alan hakerlik kampaniyası apardıqları iddia olunub.

Hər yeni ittihamda Çin Xalq Respublikasının iqtisadi və diplomatik münasibətlərdə ədalətsiz üstünlük əldə etmək üçün qeyri-qanuni, gizli, məcburi və pis davranışlara əl atdığı göstərilir.

Dövlət Departamentinin bu yaxınlarda Çin Xalq Respublikasına qarşı gördüyü tədbirlər ABŞ-Çin münasibətlərini ədalət, hörmət və qarşılıqlılıq zəmin üzərində qurmaq səylərinin bir hissəsidir.

Prezident Tramp Çinin Birləşmiş Ştatlardakı qəbuledilməz davranışına “Yetər” deyib. Bunu Dövlət katibi Mayk Pompeo bu yaxınlada Avropaya səfəri zamanı söyləyib. “Biz Çin Kommunist Partiyasının necə davranması ilə bağlı açıq gözləntilərimizi irəli sürmüşük. Əgər onlar bu gözləntilərə uyğun davranmasalar, biz Amerika xalqını, təhlükəsizliyimizi, milli təhlükəsizliyimizi, habelə iqtisadiyyatımızı və iş yerlərimizi qorumaq üçün tədbirlər görəcəyik,” o bildirib.

Mənbə: www.amerikaninsesi.org