Minsk qrupunun buraxılması zərurətə çevrilir - Politoloq: “Türkiyə Minsk qrupundan öz rolunu oynamalıdır”

Minsk qrupunun buraxılması zərurətə çevrilir - Politoloq: “Türkiyə Minsk qrupundan öz rolunu oynamalıdır”

Ermənistana silah göndərilməsi işğalçını dəstəkləmək, münaqişənin həllinə imkan verməmək və mövcud status kvonu möhkəmləndirmək deməkdir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri dəfələrlə cari status kvonun qəbuledilməz olduğunu vurğulayıblar. Amma faktiki olaraq onlar status kvonu möhkəmləndirirlər. Hər üç ölkə ermənipərəst siyasət yeridir. Bir ölkə onu silahlandırır, o biriləri siyasi dəstək verirlər. Deməli həmsədr ölkələr obyektiv mövqe sərgiləmirlər. Bu isə Minsk Qrupunun buraxılmasını zəruri edir.

Rusiyanın Ermənistanı pulsuz silahlandırmağa davam etməsi bir daha ATƏT-in Minsk qrupu ilə bağlı düşünməyə vadar edir. Politoloqlar deyir ki? wzvləri münaqişəyə ikili standartlarla yanaşan, işğalçını silahlandırmaq kimi addım atan dövlətlərin olduğu qrupdan ədalət gözləmək mənasız görünür.

Cavid Vəliyev - BMTM-in şöbə müdiri

Minsk qrupu Ermənistanla məsələnin həllindən daha çox ermənistanla Azərbaycan arasında mesaj aparıb gətiən qrupa çevrilib. Eyni zamnd aminsk qrupu Tovuz hadisələrində demək olar ki, səsini çıxarmadı. İlk dəfə deyil ki, Rusiya Ermənistana silah verir və burda hərbi balnsı ermənistanın lehinə dəyişdirməyə çalışır. Rusiya minsk qrupunun həmsədr dövləti olaraq öz üstünə düşən vəzifəni yerinə yetirmir. Fransanın Ermənistana həm siyasi həm də maddi olaraq dəstək verdiyini görürük. Bu günlərdə Makron elan elədi ki, biz Ermənistan kredit göndərəcyik. Bu mənada Azərbaycan tərəfi Minsk 3-lüyün fəaliyyətinə son qoymağı tələb edə bilər. Çünki Minsk qrupu 3 dövlətdən ibarət deyil 11 dövlətdən ibarətdir.

Politoloqların sözlərinə görə İllərdir ki, Hər üç həmsədr ölkə ermənipərəst siyasət yeridir. Bir həmsədr ölkə işğalçı Ermənistanı silahlandırır, o biriləri siyasi dəstək verir. Deməli, həmsədr ölkələr obyektiv mövqe sərgiləmir. Bu isə Minsk Qrupunun buraxılması məsələsini gündəmə gətirir. Bu münaqişə ilə bağlı daha ədalətli mövqe nümayiş etdirən, işğalçını öz adı ilə çağıran Türkiyənin Minsk qrupuna daxil olması isə artıq zərurətə çevrilib.

Əhməd Əlili - politoloq

Rusiya rəhbərliyində təmsil olunan insanların bu addımı bu ölkənin ATƏT MQ həmsədr ölkə kimi fəaliyyətində ciddi qüsurun olduğunu göstərir. Münaqişədə tərəflər arasında neytral münasibət tutmalı olan ölkənin münaqişə tərəflərindən birinə az qala havayı silah verməsi qəbulolunmazdır, ona görə də ATƏT MQ-nin digər həmsədrləri də məsələyə münasibət bildirməlidirlər. Baş verən proseslər artıq göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələyə ehtiyac yaranıb bu proseslər ATƏT MQ-nin mandatına yenidən baxılması, bir çox ölkələrin onun tərkibindən çıxarılması və ya əgər Ermənistana bu cür silah dəstyi verən Rusiya oradadırsa, balans yaratmaq üçün Türkiyə kimi ölkələrin də bura daxil edilməsinə ciddi ehtiyac yaranıb. ATƏT MQ öz 30 illik fəaliyyətinin nəticəsi barədə həm ictimaiyyətə, həm də münaqişənin həllində ona mandat vermiş BMT qarşısında hesabat verməli və öz fəaliyyətini tamamilə yenidən BMT-nin 4 məlum qətnaməsi əsasında qurmalıdır.

Politoloq onu da qeyd etdi ki, Rusiyanın bu gün Ermənistana satdığı silahların daha sonra onun öz ərazisindəki radikal qrupların əlinə keçməyəcəyini, Rusiyanın özünə qarşı çevrilməyəcəyini nəzərdən qaçırmaq olmaz, çünki elə Rusiya rəsmiləri özləri indiki ermənistan rəhbərliyini onda ittiham ediblər ki, ora satılan silahlar bir müddət sonra ayrı-ayrı hərbi birləşmələrin əlinə keçir.

atv.az

Mənbə: www.atv.az