Belarus DİN rəhbəri etiraz aksiyalarında təsadüfən xəsarət alanlara görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib

Belarus Daxili İşlər naziri Yuri Karaev prezident seçkilərindən sonra baş verən etiraz aksiyalarında təsadüf üzündən xəsarət alanlara görə məsuliyyəti öz üzərinə götürdüyünü və buna görə üzr istədiyini bildirib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə nazir “ONT” telekanalına açıqlamasında deyib.

DİN rəhbəri istintaq təcridxanalarından ilk növbədə jurnalistlərin buraxılmasını tələb edib.

O, seçkilərdən sonra 5 gün davam edən ölkədəki mövcud vəziyyəti inqilab hesab etmədiyini diqqətə çatdırıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Huawei özünəməxsus prosessorlarla kompüter bazarına daxil olur

SONRAKI XƏBƏR

“Azneft” dairəsində ağır qəza, xəsarət alan var