Meksikada daha bir nazir koronavirusa yoluxdu

Meksikada daha bir nazir koronavirusa yoluxdu

Meksikanın Energetika naziri Rosio Nale koronavirusa yoluxub. “Qafqazinfo” bildirir ki, bu barədə o, tvitterdə məlumat verib.

“Mən COVID-19-a yoluxduğum üçün özünütəcrid rejimindəyəm. Evdən işləyirəm. Xoşbəxtlikdən, özümü yaxşı hiss edirəm, məndə simptomlar yoxdur, tövsiyə olunmuş müalicə alıram”, - nazir yazıb.

Qeyd edək ki, daha əvvəl Meksika hökumətinin bir sıra üzvü, o cümlədən Maliyyə və Dövlət Krediti naziri Arturo Errera da koronavirusa yoluxmuşdu. Onlar hamısı sağalıb və xidməti vəzifələrinin icrasına dönüb.

Hazırda, rəsmi məlumatlara əsasən, Meksikada 498 380 nəfər koronavirusa yoluxub, 54 666 xəstə vəfat edib.

Mənbə: qafqazinfo.az