Tramp: "Seçilsəm, vergiləri 21%-dən 15 faizə endirəcəm"

Tramp: "Seçilsəm, vergiləri 21%-dən 15 faizə endirəcəm"

ABŞ prezidenti Donald Tramp yenidən seçildiyi təqdirdə, kapital artımına görə vergini 21%-dən 15%-dək endirəcəyini vəd edib.

FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Fox News” məlumat verib.

“İkinci prezidentlik dövründə kapital artımına görə vergini 15%-ə endirmək niyyətindəyəm”, – ölkə rəhbəri bildirir. “Biz onu 15%-ə endirməyi planlaşdırırıq. Hazırda kapital arıtmına görə vergi 21% təşkil edir”.

Telekanalın izah etdiyi kimi, ABŞ prezidenti Konqresin razılığı olmadan bu kimi qərarlar qəbul etmək səlahiyyəti yoxdur. Bunu yalnız kapital artımının ideksləşdirilməsi və inflyasiyaya bağlanması yolu ilə həyata keçirmək mümkün olacaq. Xatırladaq ki, Tramp belə bir tədbiri koronavirus pandemiyası şəraitində əhali və biznesə dəstək olmaq üçün zəruri sayır.

Aprelin 24-də prezident pandemiyanın nəticələrini aradan qaldırmaq və iqtisadiyyata dəstək olmaq məqsədi ilə təxminən 500 milyard dollarlıq tədbirlər paketinin qəbul edilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. Daha əvvəl Konqres bu məqsəd üçün 350 milyardın, martın sonunda isə 2 trilyon dolların ayrılması barədə qərar qəbul edib.

Mənbə: fed.az