ŞOK: Avropa Birliyinin 24 ölkəsi ABŞ-a qarşı çıxdı – ETİRAZ NOTASI göndərildi

ŞOK: Avropa Birliyinin 24 ölkəsi ABŞ-a qarşı çıxdı – ETİRAZ NOTASI göndərildi

Avropa Birliyinin 24 ölkəsi ABŞ-ın “Şimal Axını-2” qaz kəmərinin inşasına müdaxiləsinə görə etiraz notası imzalayıb.

KONKRET.az xəbər verir ki, bu faktı Avropa diplomatik dairələri “Die Welt”ə təsdiqləyiblər.

Nota ABŞ-ın Xarici İşlər Nazirliyinə çərşənbə günü göndərilib.

AB üzvlərinin hamısı qaz kəmərinin inşasında iştirak etməməsinə və dəstək verməməsinə baxmayaraq, demək olar ki, vahid mövqedən çıxış etməyə müvəffəq olub.

DW xəbər verir ki, yalnız üç ölkə etiraz notasını dəstəkləməkdən imtina edib – bunların hansı ölkələr olduğu barədə məlumat yoxdur.

Notanın məzmunu AB-nin Xarici Siyasət üzrə Ali Nümayəndəsi Josep Borrellin 17 iyulda verdiyi açıqlama ilə eynidir.

O, Avropa şirkətlərinə və onların maraqlarına qarşı tətbiq olunan sanksiyaların sayının artmasından dərin narahatlığını bildirib.

“Avropa siyasəti üçüncü ölkələr tərəfindən deyil, Avropada müəyyən edilməlidir” deyib.

ABŞ “Şimal Axını-2” qaz kəmərinin inşasına qarşı çıxır. Onların fikrincə, bu, Avropanın Rusiya qaz təchizatından asılılığını artıracaqdır.

Baltik dənizinin dibindəki boru kəməri işləri ABŞ-ın 2019-cu ilin dekabrında qüvvəyə minən Avropa podratçılarına tətbiq etdiyi sanksiyalar səbəbiylə dayandırılıb.

Bu şirkətlərin nümayəndələri ABŞ-a səyahət edə bilməzlər və onların rəsmi Vaşinqtondakı hesabları dondurulub.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az