Küveyt parlamenti Livan xalqına dəstək oldu

Küveyt parlamenti Livan xalqına dəstək oldu

Eastnews.org-un verdiyi xəbərə görə, Küveyt parlamenti deputatları dünən keçirilən iclasda Livan xalqı ilə həmrəylik göstərdiklərini bəyan ediblər.

Dünən baş tutan iclasda çıxış edən millət vəkilləri Livanda baş verən iqtisadi böhranın qarşısını almaq üçün lazım olan maddi yardımın edilməsinin zəruri olduğunu xatırladıblar.

Bundan əlavə Livanda siyasi böhranın da ola biləcəyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, Livanda baş verənlərdən sonra Küveyt hökuməti də əlindən gələni əsirgəməməlidir.

Mənbə: eastnews.org