Rusiya kəşfiyyatı yeni virus hazırlayıb: ABŞ-dan qalmaqallı hesabat

Rusiya kəşfiyyatı yeni virus hazırlayıb: ABŞ-dan qalmaqallı hesabat

Hakerlər yeni ziyanlı proqram-virus hazırlayıb və ona “Drovorub" adı verib.

Cebhe.info xəbər verir ki, ABŞ bu məsələnin arxasnda Rusiya hərbi kəşfiyyatının dayandığını bildirib. ABŞ Federal Təhqiqatlar Bürosunun hesabatında bu barədə məlumat yer alıb.

Bildirilir ki, yenu proqram “Linux” sistemini iflic edir. Beləliklə də virus müdafiə, milli təhlükəsizlik, müdafiə sənayesi üçün böyük təhdiddir. Hakerlər onun vasitəsilə kompüterdə saxlanılan fayllara giriş imkanı əldə edir, məsafədən idarəetmə mümkün olur.

O da qeyd olunur ki, bu virusun hazırlanması və buraxılması "QRU"-nun (Baş Kəşfiyyat İdarəsi) kibepcasusluğa dair əməliyyatının bir hissəsidir. Yeni proqram “Fancy Bear”, “Strontium” və “APT 28” haker qruplarını əlaqələndirən bölmədə hazırlanıb.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info