İraq ordusunun ən böyük aviabazasına raket hücumu edilib

İraq ordusunun ən böyük aviabazasına raket hücumu edilib

İraqın Səladin vilayətində yerləşən “Balad” aivabazasına raket hücumu edilib. Ordu.az xəbər verir ki, bu barədə İraq Təhlükəsizlik Media Şəbəkəsi məlumat yayıb.

Bildirilir ki, aviabazaya “Katyuşa” raketləri atılıb. Xəsarət alan olmayıb.

İraq ordusunun ən böyük aviabazası olan Balad Bağdaddan təxminən 64 kilometr şimalda yerləşir.

 

Mənbə: ordu.az