Ermənilərin geniş miqyaslı mühacirəti uğursuz olub

Ermənilərin geniş miqyaslı mühacirəti uğursuz olub

Ermənistanın diaspor məsələləri üzrə baş müvəkkili Zareh Sinanyanın son sensasion bəyanatı: “Ermənistanı bizim kimi millətlərin vətəninə çevirmək haqqında düşünmək lazımdır: söhbət milli təhlükəsizlik baxımından təhlükə yaratmayan və asanlıqla Ermənistana inteqrasiya oluna bilən İspaniya ərəblərindən, aysorlardan və digər millətlərdən gedir. Bu şəkildə Ermənistanda demoqrafik vəziyyəti dəyişmək olar”. “Tert.am” nəşri yazır ki, Sinanyanın diaspor müvəkkili olmasını bir tərəfə qoymaq lazımdır.

“Onu da bir kənara qoyaq ki, Sinanyan vaxtilə Ermənistanın diaspor ermənilərinin genişmiqyaslı mühacirətinə hazır olamdığını bildirib. Soydaşlarımızın genişmiqyaslı mühacirəti uğursuz olub, inqilabçı hakimiyyət bunu təmin etmək üçün heç bir şans görmür və ümid əcnəbilərə qalıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az