İsrail və BƏƏ arasındakı razılığın rəsmi imza mərasimi Ağ Evdə baş tutacaq

İsrail və BƏƏ arasındakı razılığın rəsmi imza mərasimi Ağ Evdə baş tutacaq

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner və Ağ Evin Milli Təhlükəsizlik müşaviri O'Brayn Tramp Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail rejimi arasında münasibətləri tam normallaşdırmaq üçün saziş imzaladığını elan etdikdən sonra jurnalistlər qarşısına çıxıb.

Çıxışında Kuşner Trampın bir çox ölkə ilə pisləşən münasibətləri yenidən qurduğunu vurğulayıb və bu müqavilənin son 26 ildə növünün tək nümunəsi olduğunu söyləyib.

O'Brayn isə İsrail ilə BƏƏ arasında əldə edilən razılaşma üçün yaxın günlərdə liderlərin iştirakı ilə Ağ Evdə rəsmi imza mərasimi keçirilə biləcəyini açıqlayıb.

Fələstin tərəfinin razılaşmanı alqışlamadığı xatırladıldıqda isə Kuşner "Fələstin liderlərinin bu problemləri həll etməyə çalışacağını gözləyə bilmərik", - deyib.

Mənbə: eastnews.org