“Dünya koronavirusla mübarizə üçün ən az 100 milyard dollar xərcləməlidir” - ÜST

“Dünya koronavirusla mübarizə üçün ən az 100 milyard dollar xərcləməlidir” - ÜST

Rusiya prezidenti Vladimir Putinin koronavirus vaksininin hazır olduğu ilə əlaqədar şad xəbər verməsindən sonra ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) diqqət çəkən açıqlama verib.

Yenisabah.az xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Qebreyesus Cenevredə yerləşən mərkəzdə onlayn videokonfrans təşkil edib. Konfrans zamanı o, virusla mübarizədə istifadə ediləcək vasitələr üçün dünyanın ən az 100 milyard dollar xərcləməli olduğunu vurğulayıb:

"G20 ölkələri virusla mübarizədə 10 trilyon dollar xərcləyib. Beynəlxalq Valyuta Fondu epidemiyanın qlobal iqtisadiyyata ayda 375 milyard dollara başa gələcəyini və qlobal iqtisadiyyatın 2 ildə 12 trilyon dollardan çox zərər görəcəyini təxmin edir".

Baş direktor koronavirusla mübarizədə dünyanın alternativ bir neçə vaksinə ehtiyac duyduğunu da xüsusi vurğulayıb.

Mənbə: yenisabah.az