Qulu Məhərrəmli Eldar Həsənovun müdafiəsinə qalxdı: "Onun həbsi siyasi xarakter daşıyır"

KONKRET.az xəbər verir ki, o, bu fikirləri özünün facebook statusunda paylaşıb.

Həmin statusu təqdim edirik:

“Serbiyadakı səfirimiz Eldar Həsənovun saxlanması ciddi yanlışlıq və anlaşılmazlıqdır.

Onun külli miqdardə büdcə vəsaitini mənimsəməkdə ittiham olunması isə inandırıcı görünmür, çünki həm də bizneslə məşğul olan E.Həsənovun şəxsi kapitalı ona verilən büdcə vəsaitindən dəfələrlə çoxdur. Yəni o, səfirliyin qəpik-quruşuna göz dikməyi öz şəxsiyyətinə slğışdırmaz. Əksinə, öz vəsaiti ilə Azərbaycanın təbliği üçün qiymətli işlər görürdü..

Yüksək dövlət düşüncəsi olan E.Həsənov şəxsi nüfuzuna, diplomatik məharətinə, təsir dairəsinə görə fərqlənən, Azərbaycan adına və hakimiyyətə hörmət gətirən səfir idi. Onun həbsi çox güman ki, siyasi xarakter daşıyır və daxildəki qruplar arasında savaşla bağlı ola bilə”r.

P.S. Bu adam tutanlara izah etmək lazımdır ki, Azərbaycan dövlətinə təhlükə millətsevər insanlardan, həbs edilən vətənpərvər gənclərdən, şərlənən Tofiq Yaqubludan deyil, Moskvanın 5-ci kolonundan gəlir…

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Sürücünün telefonunu belə oğurladılar

SONRAKI XƏBƏR

Rusiyadan COVİD-19 peyvəndini ilk olaraq bu ölkə alacaq