Barens dənizinin hava məkanında Rusiya ilə ABŞ hərbi təyyarələri arasında gərginlik yaşanıb.
Publika.az xəbər verir ki, Rusiya sərhədlərinə yaxınlaşdığı təsbit edilən ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “P-8A Poseidon” kəşfiyyat təyyarəsi “MiG-31” döyüş təyyarəsi tərəfindən əngəllənib.
Daha sonra Rusiya Müdafiə Nazirliyi xarici təyyarənin ölkə sərhədlərini pozmadığı, beynəlxalq qaydalara uyğun hərəkət etdiyini açıqlayıb.
Mənbə: publika.az