Çexiyanın Baş Naziri: “Belarusda təkrar prezident seçkiləri keçirilməlidir”

 

“Belarusda təkrar prezident seçkiləri keçirilməlidir”.

APA-nın xəbərinə görə, bu barədə Çexiyanın Baş Naziri Andrey Babiş “Twitter”də bildirib.

“Bu gün səhər Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidentinə Belarusdakı vəziyyətin ciddiliyi ilə bağlı müraciət etdim. Polşanın Baş Naziri Mateuş Moravetski ilə razılaşdığımız kimi biz Aİ Şurasının təcili videozənginin keçirilməsini istədik. Belarusda beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və şəffaf seçkilər yenidən keçirilməlidir”, - deyə Baş Nazir qeyd edib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Suriyada daha bir aksiya baş tutdu

SONRAKI XƏBƏR

Dünya çempionları Azərbaycanda idman məktəbi açmaq istəyirlər